Cyber Forum

IV Milli Kibertəhlükəsizlik Forumu

Qeydiyyat artıq bitib

IV Milli Kibertəhlükəsizlik Forumu

  • Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə ənənəvi olaraq hər il təşkil olunur.
  • Forumun əsas məqsədini kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlar və mütəxəssislərlə birgə müzakirələrinin həyata keçirilməsi təşkil edir.
  • Forum çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosistemi, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində təhsil və insan resursları, eləcə də kiber diasporanın formalaşdırılması mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr həyata keçiriləcək.
  • Forum zamanı, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə, habelə digər tərəfdaş ölkələrdə kibertəhlükəsizlik üzrə görülən işlərin təqdimatı və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr həyata keçiriləcək.
  • Forumun sərgi hissəsində müxtəlif şirkətlərin məhsul və həlləri təqdim olunacaq.



About Asset

15

Ölkə

500+

İŞTİRAKÇI

5

PANEL

30+

ÇIXIŞÇI

15

ŞİRKƏT STENDİ

FORUMDAN GÖZLƏNTİLƏR

MÜZAKİRƏLƏR VƏ TƏQDİMATLAR

TEXNOLOJİ SƏRGİ

Təcrübə mübadiləsi və şəbəkələşmə imkanları

Tədbirin Proqramı
09:00 - 09:45

Qeydiyyat / Çay və kofe / Şəbəkələşmə

10:00 – 10:30

Rəsmi açılış

Forumun rəsmi açılış mərasimində dövlət rəsmilərinin iştirakı ilə qısa çıxışlar baş tutacaq. Çıxışlarda ölkədə kibertəhlükəsizlik siyasətinin prioritetləri və rəqəmsal mühitdə dayanıqlı təhlükəsizlik sisteminin formalaşdırılması istiqamətində strateji yanaşmalar qeyd ediləcək.

10:30 – 11:30

“Milli Kibertəhlükəsizlik Ekosistemi”

“Milli Kibertəhlükəsizlik Ekosistemi” mövzusunda keçiriləcək sessiyada ölkənin əsas kibertəhlükəsizlik alt qurumlarının rəhbər şəxsləri çıxış edəcək. Təqdimatlarda milli kibertəhlükəsizlik ekosistemi, dövlət qurumları arasında koordinasiya, kibercinayətkarlıqla mübarizə mexanizmləri və rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər müzakirə olunacaq. Təqdimatlarda müvafiq sahələr üzrə mövcud vəziyyətin və gözləntilərin rəqəmlərlə nümayiş etdirilməsi nəzərdə tutulur. Sessiya çərçivəsində, həmçinin beynəlxalq vendorlar ilə əməkdaşlığın rəsmiləşdirilməsi istiqamətində atılacaq növbəti addımların təqdimatı keçiriləcək və "Huawei" şirkətinin nümayəndəsinə Məşvərət Şurasının sertifikatı təqdim olunacaqdır.

Tural Məmmədov
Tural Məmmədov

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Baş idarə rəisinin müavini

Mihai Lupascu
Mihai Lupascu

Moldova Kiber Təhlükəsizlik Agentliyi, Direktor

Corey Deng
Corey Deng

“Huawei Technologies”, Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə Baş Kibertəhlükəsizlik və Məxfilik Direktoru

11:30 – 11:45

Fasilə

11:45 – 11:50

AKTA-nın təşəbbüsləri

“Cyber Award” ölkəmizin kibertəhlükəsizlik ekosisteminə ən çox töhfə verən ekspert və təşkilatlar üçün AKTA tərəfindən təsis edilən bir mükafatdır. Forumda bu mükafatın formatı ilə bağlı təqdimat həyata keçiriləcək.

11:50 - 12:10

İctimai sual-cavab sessiyası

Gənc kibertəhlükəsizlik mütəxəssislərini düşündürən sualların universitet rektorları və özəl şirkət rəhbərləri tərəfindən cavablandırılması.

12:10-12:20

MoU imzalanma mərasimi

Səhnədə potensial tərəfdaşlar ilə əməkdaşlıq memorandumunun imzalanması: - Azərbaycan Dövlət İqtisad Universiteti ilə MoU imzalanması; - Şərq Tərəfdaşlığı ölkələrindən olan assossiasiyalar ilə birgə MoU imzalanması.

12:20 – 13:00

Panel: “Regional Təcrübə və Əməkdaşlıq”

Sessiya çərçivəsində müxtəlif ölkələrin kibertəhlükəsizlik sahəsində təcrübələri, regional əməkdaşlıq imkanları və qarşılıqlı bilik mübadiləsi müzakirə ediləcək. Xüsusilə, region ölkələri arasında koordinasiyanın gücləndirilməsi və birgə təşəbbüslərin formalaşdırılması ön plana çıxarılacaq. Paneldə çıxış edən ölkələrin kibertəhlükəsizlik ekosistemi və Azərbaycan şirkətlərinin bu ekosistemdə mümkün fəaliyyəti müzakirə ediləcək.

Moderator
Moderator: Elvin Balacanov

Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi, Məsul nümayəndə

Ulıkbek Şambulov
Ulıkbek Şambulov

Dövlət Texniki Xidmətinin Sədrinin birinci müavini, Qazaxıstanın Milli İnformasiya Təhlükəsizliyi Koordinasiya Mərkəzinin rəhbəri

Azamat Abdullaev
Azamat Abdullaev

Özbəkistan Respublikasının Kibertəhlükəsizlik Mərkəzi, Dövlət qurumlarında kibertəhlükəsizlik məsələlərinin koordinasiyası şöbəsinin müdiri

Alpaslan Kesici
Alpaslan Kesici

Müdafiə Sənayesi İdarəsinin müşavir, Türkiyə Kibertəhlükəsizlik Klasterinin baş koordinator

Doris Pold
Doris Pold

Estoniya İKT Assossiasiyası, İcraçı Direktor

13:00 – 14:00

Nahar fasiləsi

14:00 - 14:15

Açıq bölmənin rəsmi çıxışları

14:15 - 15:00

Panel təqdimatları: “Rəqəmsal Transformasiyada Kiber Çağırışlar”

Sessiya çərçivəsində rəqəmsallaşma ilə bağlı strateji sənədlərdən irəli gələn əsas trendlər, mövcud risklər və kibertəhlükəsizlik sahəsində yaranan yeni çağırışlar müzakirə ediləcək. Eyni zamanda dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı rəqəmsal ekosistemin qurulması yolları ön plana çıxarılacaq.

Moderator
Moderator: Sübhan Şərifov

Crowdstrike, Region üzrə Satış Meneceri

Mais Şərifli
Mais Şərifli

"Azercell Telekom" MMC, Kibertəhlükəsizlik Şöbəsinin Rəhbəri

Kamran Kərimli
Kamran Kərimli

"Proxima Cyber Solutions" MMC, Baş İnformasiya Təhlükəsizliyi Meneceri

Elmar Abdalov
Elmar Abdalov

"Caspel" MMC, Kibertəhlükəsizlik Departamenti direktorunun müavini

Vüsal Ramazanlı
Vüsal Ramazanlı

"B&B Security" MMC, Baş icraçı direktorun Kibertəhlükəsizlik və Texnologiya Əməliyyatları üzrə Müavini

Elşən İsmayılov
Elşən İsmayılov

"AzInTelecom" MMC, Kibertəhlükəsizlik Şöbəsinin Rəhbəri

15:00 - 16:00

Təqdimatlar: “Süni İntellektin Kibertəhlükəsizliyə Təsiri və İnnovativ Trendlər”

Sessiya çərçivəsində süni intellektin kibertəhlükəsizlik sahəsində rolu, yaratdığı yeni imkanlar və risklər ətraflı şəkildə təqdim olunacaq. Sessiyada hücum və müdafiə mexanizmlərində AI tətbiqləri, avtomatlaşdırılmış təhlükə aşkarlanması, davranış analizi və gələcək trendlər müzakirə ediləcək.

Moderator
Moderator: Orxan Abdulkərimli

Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi, Məsul nümayəndə

Dan Cristian Ungureanu
Dan Cristian Ungureanu

Estonia, CR14, Kibertəlimlər üzrə rəhbər, NATO Kooperativ Kibermüdafiə Mərkəzinin (CCDCOE) keçmiş Kibertəlimlər direktoru

Erdal Özkaya
Erdal Özkaya

Morgan Dövlət Universiteti, Baş İnformasiya Təhlükəsizliyi Meneceri

Mahir Yüksel
Mahir Yüksel

Marlinix, Baş İcraçı Direktor

Alper Şahin
Alper Şahin

Türkiyə, OPSWAT, Region üzrə Direktor

16:00 - 16:15

Fasilə

16:15 - 17:15

Təqdimatlar: “Müasir Kibertəhlükəsizlik Təhdidləri”

Sessiya çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən sahədəki ən son yeniliklər və praktiki yanaşmalar təqdim olunacaq. Təqdimatlarda kibertəhlükəsizlik mühitində aktual istiqamətlər, risklərin idarə olunması və effektiv müdafiə strategiyaları müzakirə ediləcək.

Moderator
Moderator: Ramil Baxşıyev

TrendAI, Təhlükəsizlik həlləri üzrə baş mühəndis

Oljas Satiyev
Oljas Satiyev

Qazaxıstan, TSARKA (özəl CERT), Baş İcraçı Direktor

Ömer Kılınç
Ömer Kılınç

CFECert, Direktor

Elnur Xəlilzadə
Elnur Xəlilzadə

iIT Distribution, Ölkə üzrə İcraçı Direktor

Mustafa İpek
Mustafa İpek

ESET Azərbaycan, Ölkə üzrə Menecer

17:15 - 17:55

Kiber Diaspora və Yerli Kibertəhlükəsizlik məhsullarının tanıtımı

Sessiya çərçivəsində Kiber Diaspora nümayəndələri öz beynəlxalq təcrübələrinə dair qısa təqdimatlarla çıxış edəcək, həmçinin yerli kibertəhlükəsizlik şirkətləri tərəfindən ölkədə inkişaf etdirilən innovativ kibertəhlükəsizlik həlləri və startap layihələri təqdim olunacaqdır.

Zari Uslu-Abdullayeva
Zari Uslu-Abdullayeva

AKTA Kiber Diaspora Eksperti, Offensive Security Lead

Elgün Bəxtiyaroğlu
Elgün Bəxtiyaroğlu

AKTA Kiber Diaspora Eksperti, "Texio Academy", Təsisçi

Elvin Axundov
Elvin Axundov

“Cybersign”, Direktor

Raul Ömərov
Raul Ömərov

“CyberOn”, GRC mütəxəssisi

Şirin Ömərli
Şirin Ömərli

“Smart Control", Əşyaların İnterneti və Kibertəhlükəsizlik mütəxəssisi

Fuad Tağıyev
Fuad Tağıyev

"BIrainy", Təsisçi

17:55 - 18:00

Bağlanış

Xarici Qonaqlar

Mihai LUPASCU
Mihai LUPASCU

Moldova Agency for Cybersecurity

Director

Maksim Iavich
Maksim Iavich

Scientific Cyber Security Association (SCSA)

CEO and President

Marius Dumitrascu
Marius Dumitrascu

CYBERCOR

Vice Director

Mr. Sergiy Gnatyuk
Mr. Sergiy Gnatyuk

The Scientific Cybersecurity Association of Ukraine

President

Elsa Neeme
Elsa Neeme

E-Governance Academy

Senior Cybersecurity Expert

Mauro Santini
Mauro Santini

Tesys Group

Chief Revenue Officer

Dinu ȚURCANU
Dinu ȚURCANU

Development at the Technical University of Moldova.

Vice-Rector for Digital Transformation and Institutional

Təşkilatçı
Əsas tərəfdaş
Platin sponsorlar
Qızıl sponsorlar
Gümüş sponsorlar
Təşkilati dəstək
Media tərəfdaşlar