IV Milli Kibertəhlükəsizlik Forumu
- Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə ənənəvi olaraq hər il təşkil olunur.
- Forumun əsas məqsədini kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlar və mütəxəssislərlə birgə müzakirələrinin həyata keçirilməsi təşkil edir.
- Forum çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosistemi, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində təhsil və insan resursları, eləcə də kiber diasporanın formalaşdırılması mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr həyata keçiriləcək.
- Forum zamanı, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə, habelə digər tərəfdaş ölkələrdə kibertəhlükəsizlik üzrə görülən işlərin təqdimatı və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr həyata keçiriləcək.
- Forumun sərgi hissəsində müxtəlif şirkətlərin məhsul və həlləri təqdim olunacaq.
15
Ölkə
500+
İŞTİRAKÇI
5
PANEL
30+
ÇIXIŞÇI
15
ŞİRKƏT STENDİ
FORUMDAN GÖZLƏNTİLƏR
MÜZAKİRƏLƏR VƏ TƏQDİMATLAR
TEXNOLOJİ SƏRGİ
Təcrübə mübadiləsi və şəbəkələşmə imkanları
Qeydiyyat / Çay və kofe / Şəbəkələşmə
Rəsmi açılış
Forumun rəsmi açılış mərasimində dövlət rəsmilərinin iştirakı ilə qısa çıxışlar baş tutacaq. Çıxışlarda ölkədə kibertəhlükəsizlik siyasətinin prioritetləri və rəqəmsal mühitdə dayanıqlı təhlükəsizlik sisteminin formalaşdırılması istiqamətində strateji yanaşmalar qeyd ediləcək.
“Milli Kibertəhlükəsizlik Ekosistemi”
“Milli Kibertəhlükəsizlik Ekosistemi” mövzusunda keçiriləcək sessiyada ölkənin əsas kibertəhlükəsizlik alt qurumlarının rəhbər şəxsləri çıxış edəcək. Təqdimatlarda milli kibertəhlükəsizlik ekosistemi, dövlət qurumları arasında koordinasiya, kibercinayətkarlıqla mübarizə mexanizmləri və rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər müzakirə olunacaq. Təqdimatlarda müvafiq sahələr üzrə mövcud vəziyyətin və gözləntilərin rəqəmlərlə nümayiş etdirilməsi nəzərdə tutulur. Sessiya çərçivəsində, həmçinin beynəlxalq vendorlar ilə əməkdaşlığın rəsmiləşdirilməsi istiqamətində atılacaq növbəti addımların təqdimatı keçiriləcək və "Huawei" şirkətinin nümayəndəsinə Məşvərət Şurasının sertifikatı təqdim olunacaqdır.
Tural Məmmədov
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Baş idarə rəisinin müavini
Mihai Lupascu
Moldova Kiber Təhlükəsizlik Agentliyi, Direktor
Corey Deng
“Huawei Technologies”, Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə Baş Kibertəhlükəsizlik və Məxfilik Direktoru
Fasilə
AKTA-nın təşəbbüsləri
“Cyber Award” ölkəmizin kibertəhlükəsizlik ekosisteminə ən çox töhfə verən ekspert və təşkilatlar üçün AKTA tərəfindən təsis edilən bir mükafatdır. Forumda bu mükafatın formatı ilə bağlı təqdimat həyata keçiriləcək.
İctimai sual-cavab sessiyası
Gənc kibertəhlükəsizlik mütəxəssislərini düşündürən sualların universitet rektorları və özəl şirkət rəhbərləri tərəfindən cavablandırılması.
MoU imzalanma mərasimi
Səhnədə potensial tərəfdaşlar ilə əməkdaşlıq memorandumunun imzalanması: - Azərbaycan Dövlət İqtisad Universiteti ilə MoU imzalanması; - Şərq Tərəfdaşlığı ölkələrindən olan assossiasiyalar ilə birgə MoU imzalanması.
Panel: “Regional Təcrübə və Əməkdaşlıq”
Sessiya çərçivəsində müxtəlif ölkələrin kibertəhlükəsizlik sahəsində təcrübələri, regional əməkdaşlıq imkanları və qarşılıqlı bilik mübadiləsi müzakirə ediləcək. Xüsusilə, region ölkələri arasında koordinasiyanın gücləndirilməsi və birgə təşəbbüslərin formalaşdırılması ön plana çıxarılacaq. Paneldə çıxış edən ölkələrin kibertəhlükəsizlik ekosistemi və Azərbaycan şirkətlərinin bu ekosistemdə mümkün fəaliyyəti müzakirə ediləcək.
Moderator: Elvin Balacanov
Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi, Məsul nümayəndə
Ulıkbek Şambulov
Dövlət Texniki Xidmətinin Sədrinin birinci müavini, Qazaxıstanın Milli İnformasiya Təhlükəsizliyi Koordinasiya Mərkəzinin rəhbəri
Azamat Abdullaev
Özbəkistan Respublikasının Kibertəhlükəsizlik Mərkəzi, Dövlət qurumlarında kibertəhlükəsizlik məsələlərinin koordinasiyası şöbəsinin müdiri
Alpaslan Kesici
Müdafiə Sənayesi İdarəsinin müşavir, Türkiyə Kibertəhlükəsizlik Klasterinin baş koordinator
Doris Pold
Estoniya İKT Assossiasiyası, İcraçı Direktor
Nahar fasiləsi
Açıq bölmənin rəsmi çıxışları
Panel təqdimatları: “Rəqəmsal Transformasiyada Kiber Çağırışlar”
Sessiya çərçivəsində rəqəmsallaşma ilə bağlı strateji sənədlərdən irəli gələn əsas trendlər, mövcud risklər və kibertəhlükəsizlik sahəsində yaranan yeni çağırışlar müzakirə ediləcək. Eyni zamanda dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı rəqəmsal ekosistemin qurulması yolları ön plana çıxarılacaq.
Moderator: Sübhan Şərifov
Crowdstrike, Region üzrə Satış Meneceri
Mais Şərifli
"Azercell Telekom" MMC, Kibertəhlükəsizlik Şöbəsinin Rəhbəri
Kamran Kərimli
"Proxima Cyber Solutions" MMC, Baş İnformasiya Təhlükəsizliyi Meneceri
Elmar Abdalov
"Caspel" MMC, Kibertəhlükəsizlik Departamenti direktorunun müavini
Vüsal Ramazanlı
"B&B Security" MMC, Baş icraçı direktorun Kibertəhlükəsizlik və Texnologiya Əməliyyatları üzrə Müavini
Elşən İsmayılov
"AzInTelecom" MMC, Kibertəhlükəsizlik Şöbəsinin Rəhbəri
Təqdimatlar: “Süni İntellektin Kibertəhlükəsizliyə Təsiri və İnnovativ Trendlər”
Sessiya çərçivəsində süni intellektin kibertəhlükəsizlik sahəsində rolu, yaratdığı yeni imkanlar və risklər ətraflı şəkildə təqdim olunacaq. Sessiyada hücum və müdafiə mexanizmlərində AI tətbiqləri, avtomatlaşdırılmış təhlükə aşkarlanması, davranış analizi və gələcək trendlər müzakirə ediləcək.
Moderator: Orxan Abdulkərimli
Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi, Məsul nümayəndə
Dan Cristian Ungureanu
Estonia, CR14, Kibertəlimlər üzrə rəhbər, NATO Kooperativ Kibermüdafiə Mərkəzinin (CCDCOE) keçmiş Kibertəlimlər direktoru
Erdal Özkaya
Morgan Dövlət Universiteti, Baş İnformasiya Təhlükəsizliyi Meneceri
Mahir Yüksel
Marlinix, Baş İcraçı Direktor
Alper Şahin
Türkiyə, OPSWAT, Region üzrə Direktor
Fasilə
Təqdimatlar: “Müasir Kibertəhlükəsizlik Təhdidləri”
Sessiya çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən sahədəki ən son yeniliklər və praktiki yanaşmalar təqdim olunacaq. Təqdimatlarda kibertəhlükəsizlik mühitində aktual istiqamətlər, risklərin idarə olunması və effektiv müdafiə strategiyaları müzakirə ediləcək.
Moderator: Ramil Baxşıyev
TrendAI, Təhlükəsizlik həlləri üzrə baş mühəndis
Oljas Satiyev
Qazaxıstan, TSARKA (özəl CERT), Baş İcraçı Direktor
Ömer Kılınç
CFECert, Direktor
Elnur Xəlilzadə
iIT Distribution, Ölkə üzrə İcraçı Direktor
Mustafa İpek
ESET Azərbaycan, Ölkə üzrə Menecer
Kiber Diaspora və Yerli Kibertəhlükəsizlik məhsullarının tanıtımı
Sessiya çərçivəsində Kiber Diaspora nümayəndələri öz beynəlxalq təcrübələrinə dair qısa təqdimatlarla çıxış edəcək, həmçinin yerli kibertəhlükəsizlik şirkətləri tərəfindən ölkədə inkişaf etdirilən innovativ kibertəhlükəsizlik həlləri və startap layihələri təqdim olunacaqdır.
Zari Uslu-Abdullayeva
AKTA Kiber Diaspora Eksperti, Offensive Security Lead
Elgün Bəxtiyaroğlu
AKTA Kiber Diaspora Eksperti, "Texio Academy", Təsisçi
Elvin Axundov
“Cybersign”, Direktor
Raul Ömərov
“CyberOn”, GRC mütəxəssisi
Şirin Ömərli
“Smart Control", Əşyaların İnterneti və Kibertəhlükəsizlik mütəxəssisi
Fuad Tağıyev
"BIrainy", Təsisçi
Bağlanış
Xarici Qonaqlar
Dinu ȚURCANU
Development at the Technical University of Moldova.
Vice-Rector for Digital Transformation and Institutional